XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 19:39

“Azəryolservis”in adı dəyişdirildi:Yeni səlahiyyət verildi –SƏRƏNCAM

saleh-memmedov-azeryol

Prezident İlham Əliyev “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında Fərman imzalayıb.

Fərmana əsasən “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərəcək, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirəcək.

AzerTac