XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

04 May 2020 - 19:43

“Martın 24-dən bəri 20 milyondan çox sərnişin daşınıb” – Vüsal Kərimli

Azərbaycanda xüsusi karantin rejiminin elan olunduğu martın 24-dən bu günə qədər paytaxtda 20 milyondan çox sərnişin daşınıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində məlumat verib.

Onun sözlərinə görə, hazırda Bakıda sərnişinlərə 1 750 avtobus xidmət göstərir.

“Əlavə sürücülər işə qəbul edilib və onlar ekspress marşrut xətləri üzrə xidmət göstəriblər” – deyə o, qeyd edib.

V.Kərimli həmçinin deyib ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində avtobuslarda mütəmadi dezinfeksiya işləri aparılıb. (report)