XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

04 May 2020 - 20:16

“Bakıda avtobus sürücüləri arasında koronavirusa yoluxma olmayıb” –Vüsal Kərimli

“Pandemiyadan əvvəl avtobusların yenilənməsi nəzərdə tutulmuşdu. 30 və 11 nömrəli marşrutlar üzrə müsabiqə keçirildi, onların idarəçiliyi pandemiyadan sonra “BakuBus”a keçəcək”. 

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

V.Kərimli deyib ki, 12 metrlik avtobuslarda beynəlxalq təcrübəyə görə 25-26 sərnişin, ayaq üstə olanlarla bir yerdə 80-90 daşıma ola bilər: “”Bakubus”da 800-dən çox sürücü yoxlanılıb. Nəticələr neqativ çıxıb, sürücülər arasında virusa yoluxma faktı olmayıb. Qarajları ciddi şəkildə dezinfeksiya edirik”. (apa)