XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 20:25

“Stratfor” yeni savaşın anonsunu verdi:ABŞ, Yaponiya, Yaxın Şərq və Şərqi Avropa...

1771880

ABŞ-ın nüfuzlu “Stratfor” Analitik Mərkəzi Avropada yeni savaşın anonsunu verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, mərkəzin kəşfiyyat analizi qrupunun rəhbəri Corc Fridman ABŞ-la Yaponiya arasında mümkün savaşdan da danışıb.

«Business Insider»ə müsahibəsində Fridman bildirib ki, vəziyyətin bu həddə çatmasına səbəb beynəlxalq əlaqələr sistemində yaranmış kəskin ziddiyyətlərdir. 

Analitik qeyd edib ki, Avropa dövlətlərinin uzun müddətdən bəri öz aralarında savaş etməməsi vəziyyətin yenidən alovlanmayacağı anlamına gəlmir: «Elə bir əsr olmayıb ki, orada sistemlərin savaşı olmasın. Və beynəlxalq əlaqələrin bütün sistemləri bundan təsirlənməsin. Belə bir savaşın əsrimizdə baş verməyəcəyinə təminat verirsiniz?».

Fridmanın fikrincə, Şərqi Avropada və Yaxın Şərqdə savaşlar Polşa və Türkiyənin Rusiya ilə mümkün münaqişəsi ucbatından alovlana bilər: "Eyni zamanda Sakit Okeanda ABŞ və Yaponiya arasında da savaş çıxa bilər. Hazırda dünyada əsas təhlükə mövqeləri yenidən müəyyənləşdirmək istəyi fonunda yaranmış qeyri-stabillikdir».