XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

05 May 2020 - 11:57

Deputat hakimləri “topa tutdu”:“Məhkəmə-hüquq sistemində aparılan islahatlar bizi qane edə bilməz”

“Məhkəmə-hüquq sistemində aparılan islahatlar bizi qane edə bilməz”.

Bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, məhkəmələrdən deputatlara minlərlə şikayət daxil olur:

“İnsanlar məhkəmələrdən narazıdır. Bank sistemi ilə əlaqədar məhkəmələrdə ədalətsiz qərarlar olur. Hesab edirəm ki, məhkəmə sistemi tamamilə dəyişdirilməlidir. Hakimlər qərar qəbul edəndə vicdanlarını qabaqlarına qoyub qərar qəbul etsinlər”.

Report