XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

05 May 2020 - 17:43

TƏBİB:"Karantin rejimi yenidən sərtləşdirilə bilər"

“Əgər situasiya yenidən belə davam edərsə, karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür”.

Bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Y.Qarayeva Azərbaycan xalqına müraciət edib: “Biz karantin rejiminin yumşaldılmasını istəyirik, sərtləşdirilməsini deyil. Ona görə də xalqımız qaydalara riayət etməlidir. Görünən odur ki, karantin qaydalarına əməl olunmur. Hər kəs maskadan istifadə etməlidir”, – deyə Y.Qarayeva bildirib/Report.