XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

09 May 2020 - 05:10

Sevil Nuriyeva Türkiyənin pandemiya imtahanından yazdı:"Köməyə ehtiyaclı ölkədən kömək edən ökəyə çevrilmə möcüzəsi"

Sevil Nuriyeva İsmayılov

“Star” qəzeti, 05 may 2020-ci il

 

Qlobal pandemiya – bütün problemləri, eyni zamanda, ölkələr üzrə böhranı idarəetmə qabiliyyətinin də hansı keyfiyyətdə olduğunu üzə çıxarır. Həm də güclü və zəifi bir-birindən ayırd edir.

“Türkiyə alqoritmi” dünya səhiyyəsində önəmli bir termin halına gəlib. Bu epidemiya Türkiyənin qlobal səviyyədə idarəçilik qabiliyyətini ortaya qoydu. Bu, prezident Ərdoğanın fərqini, ağlını, idarəetmə bacarığını, düzgün kadr seçmə qabiliyyətini və öz komandasının işinin öhdəsindən necə bacarıqla gəldiyinin göstəricisidir.

Bəziləri görməkdə çətinlik çəkə bilər. Bəli, rəqiblər üçün bu, həzmedilməsi asan məsələ deyil! Ancaq sadə vətəndaş, ölkə, millət və dünya üçün önəmli olan görülən işin nəticəsidir. Nəticəsi müvəffəqiyyət olan hər bir yol öyrənilməlidir. Eynilə Türkiyənin müvəffəqiyyət hekayəsi kimi.

Biz artıq elə bir dövrə qədəm qoymuşuq ki,  “ancaq çətinlikləri dəf edən bilən kəslər qalib gələcək” düşüncəsindəyik.

Türkiyənin təkcə özünün yox, həm də dünya ölkələrindən gələn yardım tələbini də qarşılaya bilməsi,  bunu edərkən qarşısındakını incitmədən, qəlbini qırmadan, etdiyini başına qaxınc etmədən bacarması, “Ümidlərin arxasında hələ nə ümidlər var!” mesajı ilə özünün əslində necə bir ümid olduğunu göstərə bilməsi tarix səhifələrinə qeyd olunmalı hadisədir.

Qlobal böhranlar tarix boyu özü ilə həm də qlobal xaoslar gətirib. İndiki halda belə, bu qədər iqtisadi gücü olan dövlətlərin bir çoxunun bu vəziyyət qarşısında aciz qalması bizə bunu açıq-aydın izah edir!

Böhranı idarə edə bilmək özü böyük qabiliyyətdir. Bununla yanaşı, sadəcə bu böhranı idarə edə bilən kəslər, onu idarə edərkən həm də gələcəyi görərək müvəffəqiyyət qazana bilərlər. Türkiyə bir tərəfdən öz alqoritmini yaradaraq pandemiyanın zərərlərini minimuma endirir, bir tərəfdən də dünyanın aktual probleminə cavab verməyə çalışır. ABŞ başda olmaqla, kiçik-böyük bütün dövlətlərdən gələn yardım tələblərini qarşılamaqda tərəddüd belə etməyən xarakteri ilə özünün necə bir mədəniyyətə sahib olduğunu isbat etmiş olur.

Bir vaxtlar özünə çətinliklə köməyi toxunan Türkiyənin indi həm özünün, həm də dünya ölkələrinin yardım tələblərinə cavab verməyə çalışması, böyük dövlətlərin buna reaksiyası kimi anlaşılmalıdır.

Əlbəttə, burada müvəffəqiyyətin məzmununa diqqət yetirmək daha vacib şərtdir. Türkiyədə ölkəni idarə edən rəhbərliyin Səhiyyə naziri və bütün nazirlik personallarının işləmə mexanizmi ilə elmi şura üzvlərinin eyni vaxtda, paralel olaraq hərəkət etmə qabiliyyəti heyranlıq yaradır.

Xüsusilə, bütün bu çətinliklərə rəğmən, yardıma ehtiyacı olan insanlara laqeyd qalmamaq, ölkədə necə bir xalq diplomatiyasının mövcud olduğunu bizə göstərməkdədir. Rabitənin necə inkişaf etdiyini və bunun hansı formada ağıllıca dizayn edildiyini görməmək üçün ya cahil, ya da ifrat dərəcədə nifrət dolu olmaq lazımdır. Türkiyənin xarici işlər istiqamətindəki gedişlərinin yaxın zamanlarda bu ölkəyə hansı xeyirli nəticələrlə geri dönəcəyini isə hamımız birlikdə görəcəyik.

Türkiyənin köməyə ehtiyacı olan ölkədən kömək edən ölkəyə çevrilməsinin özü böyük bir möcüzədir. Bir zamanlar ABŞ-dan aldığı yardımlarla öz işçilərinin maaşlarını ödəyən ölkənin indi həmin ABŞ-a yardım edəcək nöqtəyə gəlməsi, sizcə, hansı yolun nəticəsidir? Sabitliyi təmin etməyin, rabitə qabiliyyətini doğru yöndə inkişaf etdirməyin və xalq diplomatiyasını sağlam gedişlərə dayanaraq hərəkət etməsinin, indi olmasa da, gələcəkdə xeyirli nəticələrini görəcəyik.

Beləliklə, bu müvəffəqiyyət hekayəsi ilə birlikdə ölkə Prezidentinin, Rabitə naziri Fəxrəddin Altunun ünvanına heç bir tutarlı səbəbi olmayan, mənasız ifadələr səsləndi. Məsələ aydın olaraq belədir!

Qazanılan bu qələbə isə Türkiyənin adına yazılan qalibiyyətdir. Türkiyəni, bu qədər çətin bir yola rəğmən, sözün əsl mənasında, əfsanəyə çevirən, qobal pandemiyaya qarşı özünü itirmədən sonadək mübarizə aparan Prezident Ərdoğan və onun komandasıdırsa, onlar içdən və ən səmimi təşəkkürü qazanırlar.

Tərcümə Strateq.az-ındır