XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2020 - 14:53

Saakaşviliyə Ukraynada yeni vəzifə verilir- Sabiq prezident məlumatı təsdiqləyib

Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinin sədri vəzifəsinə təyin ediləcək.

APA-nın xəbərinə görə, bu barədə “Deutche Welle” məlumat yayıb.

Saakaşvili məlumatı təsdiqləsə də, təyinatın dəqiq vaxtını açıqlamayıb.

Qeyd olunub ki, Ukrayna Prezidenti M. Saakaşvilinin səlahiyyətlərini artıracaq və ona Nazirlər Kabinetinin iclasında iştirak hüququ verəcək.

Milli İslahat Şurasının İcra Komitəsi katibinin isə Ukrayna Prezidentinin olacağı bildirilib.