XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2020 - 16:07

Prezidentdən daha bir sərəncam:modul tipli təhsil müəssisələrinin quraşdırılmasına 10 milyon manat ayrıldı

Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 10 milyon manat Təhsil Nazirliyinə ayrılıb.