XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2020 - 20:58

Vilyam Hacıyev hakim qarşısına çıxarıldı –Həbs qərarı verildi

Səbail Rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanınının təqdimatına baxılıb.

Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib/Report.

***

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.

Strateq.az APA-ya istinadla xəbər verir ki, hazırda Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin V. Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatına baxılır.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün İmişli rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat nəticəsində Vilyam Hacıyev saxlanılıb. 

Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Vilyam Hacıyev İmişli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.