XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 May 2020 - 19:20

Merkel:“Almaniya pandemiyanın birinci mərhələsini geridə qoyub”

“Almaniya koronavirus pandemiyasının birinci mərhələsini geridə qoyub, lakin qarşıda uzun bir yol var”.

“Reuters”in verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel deyib.

“Biz virusun yayılma sürətinin azalması ilə bağlı hədəfimizə nail olmuşuq və səhiyyə sistemimizi yüklənmədən qorumağı bacarmışıq. Buna görə məhdudiyyət və qadağaların yumşaldılması barədə razılığa gələ bildik”, – deyə A. Merkel bildirib.

Qeyd edək ki, bu gün keçirilən videokonfransda hökumət və federal torpaqların təmsilçiləri COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində tətbiq olunan məhdudiyyətlərin yumşaldılması barədə razılığa gəliblər/APA.