XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2020 - 19:35

Kim Çen In oxşarından istifadə edir –Yeni iddia

Şimali Koreya liderinin səhhəti ilə bağlı həftələrlə davam edən fərziyyələrdən sonra hazırda sosial şəbəkələrdə onun oxşarından istifadə etməsi iddiası müzakirə edilir.

Strateq.az “Sputnik”-ə istinadla xəbər verir ki, mayın əvvəllərində gübrə zavodunun açılış mərasimində qeydə alınmış görüntülərdə Kim Çen In deyil, oxşarının əks olunmasına dair ehtimallar var.

Sui-qəsd nəzəriyyəçiləri Şimali Koreya liderinin köhnə şəkillərinin son görüntü ilə müqayisə ediblər.

“Twitter”-də şəkildəki şəxsin plastik əməliyyat keçirən adam olduğunu iddia edən bir çox istifadəçi var.

“International Business” qəzeti isə Kimin sui-qəsd riskini nəzərə alaraq oxşarından istifadə etdiyini iddia edib.