Bu gün Azərbaycanın milli aviaşirkəti tərəfindən İstanbuldan Bakıya iki çarter reysi həyata keçirilib.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, həmin reyslərlə 212 Azərbaycan vətəndaşı Bakıya gətirilib.
Bildirilib ki, daha əvvəl bu həftə AZAL aviaşirkəti tərəfindən Moskvdan Bakıya daha bir çarter reysi həyata keçirilib: “Həmin reysdə 169 nəfər həmvətənlimiz olub”.
Məlumata görə, ölkəyə gələn sərnişinlərin hamısı mütləq qaydada karantinə yerləşdirilib: “Qeyd edək ki, AZAL aviaşirkəti həmvətənlərimizin vətənə geri qaytarılması üzrə çarter reyslərini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edildiyi plana uyğun olaraq həyata keçirir”.