XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

07 May 2020 - 22:32

Nazir 4 yeni şöbəyə müdirlər təyin edib –ƏƏSMN-də dəyişiklik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda dəyişikliklər olub.

Məlumata görə, 2 şöbənin əsasında Təhlil və strateji planlaşdırma şöbəsi yaradılıb.

Şöbəyə Sadiq Əliyev müdir təyin olunub.

Ümumi şöbənin bazasında isə Vətəndaşların qəbulu şöbəsi və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi yaradılıb. Həmin şöbələrin müdiri vəzifələrini Arif Əliyev və Günel Nəsibova icra edəcək.

Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinə isə Rəşad Dayıyev təyin edilib. O, bu vaxta qədər Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini olub.

Məlumatı ”BakuPost”a nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib.