XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

08 May 2020 - 09:18

Sumqayıtda ağır qəza- İki avtobus toqquşub, 14 nəfər xəsarət alıb+VIDEO

 

Sumqayıtda baş vermiş avtobus qəzasında 14 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, ilkin tibbi yardım göstərilən 12 nəfər evə buraxılıb, 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilmiş N. Əliyeva və M. Məmişovun vəziyyəti orta-ağırdır.

*****

Sumqayıtda iki marşrut avtobusu toqquşub. 

APA-nın yerli bürosunun məlumatına görə, səhər saatlarında şəhərin Sülh prospektində  3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. Nəticəsində  8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.