XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

08 May 2020 - 11:59

Amerikalı diplomat:“Rusiya müharibənin tarixini saxtalaşdırır”

Amerikalı diplomat Rusiyanı tarixi qəsdən təhrif etməklə, özünütərifi dayandırmağa çağırıb.

Strateq.az “VOA”-ya istinadla xəbər verir ki, ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) səfiri Ceyms Qilmor bunu ATƏT Daimi Şurasının virtual iclası zamanı bildirib.

O, Çərşənbə axşamı günü keçirilən toplantıda Moskvanı İkinci Dünya müharibəsi tarixinin saxtalaşdırılmasına son qoymasını istəyib.

Diplomat vurğulayıb ki, “Sovet İttifaqının hərbi və mülki əhalisi faşistləri məğlub etmək üçün çox böyük fədakarlıqlar göstərib və biz bu qurbanlara tam ehtiramla yanaşırıq. Həm də unutmayaq ki, İkinci Dünya müharibəsi 1939-cu ildə başlayıb. Hitler və Stalin o vaxt Şərqi Avropanı Sovet İttifaqı və nasistlərin nəzarətində olan bölgələrə ayıran bir pakt imzalayıblar. Əminəm ki, bu gün polyak dostlarımız bu həqiqəti bir saniyə də unutmayıblar”.

Amerikalı diplomat görüş iştirakçılarına 1945-ci ildə bir çox Avropa ölkəsinin əslində, azadlıq əldə etmədiyini, ancaq “Sovet İttifaqının az qala 50 illik təzyiqi” altına düşdüyünü xatırladıb.

“Beləliklə, əsl qurtuluş yolu uzun olub və bəzi hallarda, keçmiş sosialist düşərgəsi ölkələri hələ də bu yolu davam etdirir”.

Ceyms Qilmor deyib: “Biz Rusiyanı tarixin qəsdən təhrifinə əsaslanan özünütəriflə məşğul olmağı dayandırmağa çağırırıq. Rusiyanın yol verdiyi tarixi saxtalaşdırmaya qarşı Avropa tərəfdaşlarımızla həmrəyik”.