XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

08 May 2020 - 15:07

Azərbaycanda koronaviruslu xəstələrin plazma müalicəsinə başlanılıb –TƏBİB

Mayın 8-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında “Covid-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin iclası keçirilib. 

TƏBİB-dən verilən məlumata görə, iclasda TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkə rəhbərliyinin birbaşa nəzarəti ilə bir çox mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, artıq ölkədə ağır koronavirus xəstələrinin müalicəsi üçün “İmmun Plazma müalicəsi” metodunun tətbiq edilməsinə başlanılıb.

İclasda koronavirus (COVID-19) infeksiyasının profilaktikası, diaqnostikası və müalicəsindəki elmi yeniliklər və ölkəmizdə tətbiqi ilə bağlı aparılan tibbi-elmi tədbirlərlə əlaqədar müxtəlif səpkili məsələlər müzakirə edilib.

Qeyd edək ki, Komitə TƏBİB-in İdarə Heyəti sədrinin müvafiq Əmri ilə Covid-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi məqsədilə yaradılıb.