XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

09 May 2020 - 17:56

Ölkə üzrə koronavirusa yoluxma faizi açıqlanıb- RƏSMİ

“Bakıda koronavirusa yoluxma 47,5 faiz, Gəncə-Qazax regionunda 13,5 faiz, Aran regionunda 10, 2 faiz, Lənkəran regionunda 9,4 faiz olub. Xaricdən gələnlərin isə yoluxmada xüsusi payı 9,1 faiz təşkil edib”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib.

R.Bayramlı deyib ki, xaricdən gələnlərin yoluxmada payının 9.1 faiz olması xaricdən gətirilənlərin karantin rejiminə yerləşdirilməsinin vacib olduğunu göstərir: “Bakıda ən çox yoluxma Yasamal və Nəsimi rayonlarında qeydə alınıb”/APA.