XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

09 May 2020 - 18:05

“Ola bilər ki, bayram günləri və həftə sonları məhdudiyyətlərin tətbiqi ilə bağlı Operativ Qərargaha müraciət etdik”- TƏBİB sədri

“Koronavirusla bağlı təşviqat materialları bütün dayanaclar, ictimai iaşə yerlərində asılacaq”. 

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib.

R.Bayramlı deyib ki, vətəndaşların bu qaydalara tam riayət etməsi lazımdır: “Vətəndaşlarımız bu məsələyə tam məsuliyyətlə yanaşmalıdırlar”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, sosial şəbəkələrdə aktiv vətəndaşlar, o cümlədən jurnalistlər qaydaların aktiv təbliğatçısına çevrilməlidir: “Sərt karantindən çıxdıqdan sonra yoluxmanın artdığını gözləyirdik. Ancaq insanların məsuliyyətsizliyi də bu məsələdə böyük rol oynayır. Artıq metro açılıb. Bankların qarşısında, marketlərdə insanların tibbi maska taxmadığını, sosial məsafəni gözləmədiyini görürük. Buna görə də Operativ Qərargah broşurlar dərc edib”.

R.Bayramlı nəzərə çatdırıb ki, qardaş ölkə Türkiyədə həftə sonlarında hərəkətin məhdudlaşdırılması həyata keçirilir: “Biz vətəndaşlarımızın tibbi maskalardan istfiadəsini müşahidə edəcəyik. Ola bilər ki, qarşıda həm bayram günlərində, həm də həftə sonlarında məhdudiyyətlərin tətbiqi ilə bağlı Operativ Qərargaha müraciət etdik”.