XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

10 May 2020 - 10:24

Eldar Əzizov Bakı rayonlarının icra başçılarından danışdı:"Deməli, daha da yaxşı işləməliyik”

“Bu gün Qaradağ rayon İcra Hakimiyyəti işləyir. Çalışırlar ki, öz fəaliyyətlərində dönüş yaratsınlar”.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, Qaradağ Rayon İcra Hakimiyyətinin fəaliyyətində dönüş yaratmağa çalışdıqlarını müşahidə edirlər:“Bu normal haldır. Çünki kiməsə cəza verilir, kiminsə fəaliyyəti qiymətləndirilir. Bütün bunlar normaldır. Deməli, daha da yaxşı işləməliyik”.

Qaradağ Rayon icra Hakimiyyətinin töhmətdən nəticə çıxarmasına gəlincə, E. Əzizov bildirib ki, buna cavab vermək bu gün hələ tezdir: “Çünki bir ay keçib. Hər halda onların ünvanına yeni bir irad deyilməyib”.

Əzizov bildirib ki, Qaradağ Rayon İcra hakimiyyətindən başqa heç bir rayon İcra Hakimiyyəti baççısına töhmət verilməyib.

Qeyd edək ki, martın 24-də Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunmuş və ona xəbərdarlıqla töhmət elan edilmişdi. /APA