XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

10 May 2020 - 18:02

Qərargah:koronavirusa yoluxanlardan 1650 nəfəri sağalıb

Azərbaycanda bu günə kimi koronavirusa yoluxanlardan 1650 nəfəri sağalıb.

Strateq.az xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı son məlumatda bildirilib.

Qeyd olunub ki, hazırkı dövrədək ölkəmizdə 2 519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib:

“Onlardan 1 650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat etmiş, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.