XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

10 Mart 2016 - 12:33

Prezident İlham Əliyev:"Azərbaycanın ən böyük məscidində ilk dəfə şiə və sünnilər birgə ibadət etdilər"

 

 

ilham forum

 

“Multukultaralizm Azərbaycanda dövlət siyasətidir. Bu il Azərbaycanda multikulturalizm ilidir. Dövlət siyasəti və cəmiyyətin yanaşması bu sahədə fərqlənmir”.

 APA-nın məlumatına görə, bunu IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, multukulturalizm dəyərlərinin təşviqi ilə bağlı Bakı Prosesi və digər tədbirlər keçirilib: “Bir aydan sonra BMT-nin Sivilizasiyalararası Forumunu keçirəcəyik. Siyasətçilər məsuliyyətli olmalıdırlar. Media təmsilçiləri də məsuliyyətli olmalıdırlar. Ancaq şahidi oluruq ki, xəbərlərdə əsasən toqquşma, qaçqınlar böhranı barədə reportajlar verilir. Bu, bizi təcrid olunmağa aparır. Biz hamımız bir-birimizə bağlıyıq. Avropa və Orta Şərq arasında məsafə çox olsa da, insanların ailəsi üçün sığınacaq tapmaq cəhdlərini dayandıra bilməzsiniz. Heç bir ölkə təcrid olunmuş halda yaşaya bilməz, hamımız bir-birimizə bağlıyıq. Biz bununla fəxr etməliyik”.

 Keçən ay Gəncədə İmamzadə Kompleksinin açılışının həyata keçirildiyini xatırladan dövlət başçısı qeyd edib ki, açılışda müxtəlif dini icmaların nümayəndələri çıxış ediblər: “Bu, ölkəmizdə işlərin necə aparıldığını göstərir. Bu, bizim dünyaya mesajımız idi. Azərbaycanın ən böyük məscidində ilk dəfə şiə və sünnilər birgə ibadət etdilər. Bütün bunlar bizim ən böyük zənginliyimizdir. Bu konsensus olmasa, daha böyük uğurlar əldə edə bilməyəcəyik. Multukulturalizmi təşviq edərək daha böyük uğurlar qazanacağıq”.

 “Eurovision” mahnı müsabiqəsindən və Birinci Avropa Oyunlarından söz açan prezident, Azərbaycanın regionda daha proqnozlaşdırılan vəziyyət yaratmağa çalışdığını vurğulayıb.

Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki,  2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətli inkişaf edən iqtisadiyyat olub. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 40-cı yerdədir. Azərbaycanda neftdən sonrakı dövr başlayıb: “Bu, hasilatın azaldılması ilə deyil, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlıdır. Heç kim buna hazır deyildi. Biz fəal şəkildə işləməliydik ki, bunun mənfi təsirlərini azaldaq. İndi maliyyə durumumuz sabitdir. Büdcəmiz neftin bir barelinin 25 dollar olması əsasında hesablanıb. Bizim Dövlət Neft Fondunda kifayət qədər ehtiyatlarımız var. Biz düzgün istiqamətdəyik, hazırda iqtisadiyyatda şaxələndirmə ilə məşğuluq”.

 Prezidentin sözlərinə görə, Azərbaycan nəqliyyat şəbəkəsi yaradır: “Azərbaycanın coğrafi mövqeyi mühümdür, bu, nəqliyyat infrastrukturunu inkişaf etdirməyə imkan verir. Şərq-Qərb dəhlizi işə başlayıb, inanırıq ki, gələn il Bakı-Tbilisi-Qars dəmir yolu işə salınacaq. Biz vahid nəqliyyat xətti yaratmağa çalışırıq. Digər vacib nəqliyyat dəhlizi Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi əhəmiyyətini artırır, inkişafımıza xidmət edir”.

Dövlət başçısı qeyd edib ki, “Cənub Qaz Dəhlizi” XXI əsrin nəhəng layihəsidir. Biz ölkə və şirkətlərdən komanda formalaşdırmışıq, Məşvərət Şurası bu layihənin həyata keçirilməsi üçün vacibdir.

Prezidentin sözlərinə görə,  bu layihə Bakıdan İtaliyaya qədər uzanacaq: "Fevralın 29-da 11 ölkə, o cümlədən Avropa İttifaqının imza atdığı sənəddə Azərbaycan bu strateji layihəni həyata keçirən əsas ölkə kimi qeyd edildi. Xorvatiya və Monteneqronun da bu layihəyə, komandaya qoşulacağına inanıram. Bu, enerjinin şaxələndirilməsi, azad rəqabət layihəsidir. Əsas məqsədimiz bunu kommersiya layihəsi kimi həyata keçirməkdir. Enerji siyasi vasitə kimi istifadə edilməli deyil. Siyasi alətlər biznes sahəsinə müdaxilə etməməlidir. Neftin qiyməti uzun müddət aşağı səviyyədə qalmayacaq. Avropada təbii qaza ehtiyac artacaq. Biz lazım olmayan rəqabətdən qurtulmalıyıq. Enerji və siyasətə ayrılıqda baxmalıyıq ki, uğur qazanaq".