XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

11 May 2020 - 19:54

Komitə sədri:"Vətəndaşların sosial yardım almaq imkanları genişləndirilir"

“Azərbaycanda vətəndaşların ünvanlı sosial yardım almaq imkanları genişləndirilir. Bununla bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna bir neçə dəyişiklik edilir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, qanuna ediləcək dəyişikliklə ünvanlı sosial yardım daha çox insanı əhatə edəcək:

“Qanuna təklif olunan digər bir dəyişikliklə isə ünvanlı sosial yardım alanların uçotlarının və düzgün informasiyaların vaxtında verilməsi təmin ediləcək. Başqa bir dəyişikliyin də mahiyyəti ünvanlı sosial yardımın təyin olunmasının 2 ildən 1 ilə endirilməsidir. Burada əsas məqsəd ələbaxımlılıq psixologiyasının yaranmaması və aztəminatlı ailələrdən olan insanların məşğulluğunun təmin edilməsi yolu ilə dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçilməsindən ibarətdir”.

“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah – mayın 12-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. (Report)