XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

12 May 2020 - 16:36

Prezident 3 dövlət xidmətinin əsasnaməsini təsdiqlədi –Fərman

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi barədə fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmana əsasən, nazirlik yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnamələri təsdiq edilib.

Fərmana görə, əsasnamələri təsdiq edilən dövlət xidmətləri müvafiq olaraq Vergilər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı aidiyyəti üzrə yuxarıda adları çəkilən dövlət xidmətlərinə keçir;

Nazirlər Kabineti Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini 5 ay müddətində, İqtisadiyyat Nazirliyinin işçilərinin ümumi say həddi barədə təkliflərini 2 ay müddətində, özünün normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını 5 ay müddətində dövlət başçısına təqdim etməli, İqtisadiyyat Nazirliyinin təklifləri əsasında, onun strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını ölkə prezidenti ilə razılaşdırmaqla 3 ay müddətində təsdiq etməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə 5 ay müddətində dövlət başçısına məlumat verməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırıb Nazirlər Kabinetinə məlumat verməlidir.