XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

13 May 2020 - 18:22

“Ukraynadakı 198 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək” –Hikmət Hacıyev

“11 may tarixində Riqa-Bakı aviareysi ilə Estoniya, Litva və Latviyada olan 52 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, 12 may tarixində Moskva-Bakı aviareysi həyata keçirilib və Rusiyada xüsusi təhsil müəssisələrində təhsil alan azərbaycanlı kadetlərin ölkəyə gətirilməsi təmin edilib: “12 may tarixində Minsk-Bakı aviareysi ilə 124 nəfər ölkəyə gətirilib. 14 may tarixində isə Kiyev-Bakı aviareysi ilə 198 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək”.

H. Hacıyev qeyd edib ki, Rusiya-Azərbaycan quru yolu ilə 540 nəfərdən çox Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi təmin olunub/APA.