XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

14 May 2020 - 15:12

Bu ölkədə ÜST nümayəndəsi persona non-qrata elan edildi –Səbəb

Burundi hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Kazadi Mulombonu ölkədən çıxarmaq qərarına gəlib.

AFP xəbər verir ki, Xarici İşlər Nazirliyinin bu barədə açıqlamasında ÜST nümayəndəsinin, həmçinin nümayəndəlikdə yeni koronavirus və başqa yolxucu xəstəliklərə qarşı mübarizə tədbirlərini əlaqələndirən 2 əməkdaşın, 1 nəfər də molekul biologiyası ekspertinin persona non-qrata elan edilərək və mayın 15-dək ölkə ərazisini tərk etməli olduqları göstərilir.

“Bu, koronavirusa qarşı mübarizədə Burundini dəstəkləməkdə mükəlləf olan ÜST komandasıdır. Onlar ölkədən çıxarılacaq, çünki Səhiyyə Nazirliyi ÜST-ü tam kənarlaşdırır və bu məsələyə yolverilməz müdaxilə etməkdə qınayır”, – hökumətdəki mənbə bildirib.

Qeyd edək ki, Burundi XİN-i ötən ay bu istiqamətdə addımlar atmış, amma Prezident Pyer Nkurunziza ilə ÜST-ün Baş direktoru Tedros Adhanom Gebreyesus arasındakı danışıqlardan sonra məsələ təxirə salınmışdı.

Burundi hökuməti səhiyyə xadimləri tərəfindən vaxtaşırı olaraq koronavirusa dair məlumatları gizlətməkdə ittihamlara məruz qalır. Rəsmi məlumatlara görə, hazırda ölkədə koronavirusa 27 nəfər yoluxub, 1 nəfər ölüb/Report.