XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 May 2020 - 17:25

Gündəlik 500 min tibbi maska istehsal edilir, yerli tələbat tam təmin edilir – Qərargah

“Gündəlik 500 min tibbi maska istehsal edilir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, bu, yerli tələbatı tam təmin etməyə imkan verir: “Ölkədə gündəlik 6 min kombinezon istehsal edilir. Modul tipli xəstəxanaların yaradılması və “Yeni klinika”nın koronavirusla mübarizəyə uyğunlaşdırılıb. Bu problemin öhdəsindən gəlmək üçün tibbi personalımızın maddi-texniki imkanı var. (apa)