XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

15 May 2020 - 17:43

Mayın əvvəlindən yoluxma halları sürətlə artıb –TƏBİB

“Aktiv yoluxma hallarının sayı 13 aprelə qədər artıb, 27 aprelə qədər azalıb. Aktiv yoluxma halları 27 aprel – 2 may tarixində sabitləşib. 2 maydan bu günə qədər isə yoluxmanın davamlı şəkildə artması müşahidə olunub”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Bayramlı qeyd edib ki, yoluxma sürəti 20-31 mart tarixlərində ən yüksək olub.

“May ayının əvvəlindən təsdiq edilmiş yoluxma hallarının sayı sürətlə artıb. Bu da məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır”, – deyə TƏBİB-in sədri vurğulayıb. (apa)