XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 May 2020 - 21:53

Metronun açılmasından sonra yoluxmada ciddi artım olması barədə fakt yoxdur – TƏBİB

“Bakı metrosunun açılmasından sonra koronavirusa yoluxmada ciddi artımın olması barədə bizdə fakt yoxdur”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, son dövrlər yoluxma daha çox lokal, iş yerlərində qaydalara məsuliyyətsiz yanaşma ilə əlaqədardır: “Biz həmişə demişik ki, ikinci dalğa ola bilər. Bizim əhalimizə bərabər sayda olan Avropa dövlətlərində on minlərlə yoluxma olub. Bizdə isə yoluxanların sayı 3 minə yaxınlaşır. Vətəndaşlarımız da artımın olmaması üçün məsuliyyətli olmalıdırlar”. (apa)