XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2016 - 21:08

Xameneyi vəsiyyət etdi:“Yerimə inqilabçı seçin”

 

Hamaney halefinin 'devrimci' olmasını istedi

“Məndən sonra yerimə inqilabçı bir lider seçin!”

Strateq.az xəbər verir ki, vəsiyyətə bənzəyən bu sözlər İranın dini lideri ayətullah Əli Xameneyiyə aiddir.

Dini lider Üləmalar Məclisinin üzvləriylə bugünkü söhbətində belə deyib. İran televiziyaları ilə canlı yayınlanan söhbət zamanı ayətullah nüvə sazişindən sonra Qərblə bərpa olunması gözlənilən iqtisadi əlaqələrlə bağlı fikirlərini də ifadə edib. Xameneyi bu əlaqələrin qənaətbəxş olmadığına inanır və onları verdikləri sözləri yerinə yetirməməkdə qınayıb:

"Heyətlərin ziyarətlərindən hələ konkret bir fayda görmədik. Kağız üzərində qalan sözlərin heç bir dəyəri yoxdur”.

Xatırladaq ki, Xameneyi 1981-1989 illər arasında prezident vəzifəsini yerinə yetirmiş,  İslam İnqilabı lideri Xomeyninin ölümündən sonra isə 1989-cu ildə dini lider seçilmişdi. İndisə onun özünün səhhətində problemlər var və bu il keçirilən seçkilərlə formalaşmış Üləmalar Şurasının İranın 3-cü dini liderini seçmək ehtimalı istisna olunmur.

Xameneyinin indidən öz yerinə “inqilabçı birini” vəsiyyət etməsi də təsadüfi deyil. Bu ilki seçkilərdən sonra dini lideri müəyyənləşdirəcək Üləmalar Şurasının əksəriyyəti islahatçılardan təşəkkül tapıb. Bu isə o deməkdir ki, gələcəyin dini lideri də islahatçı ola bilər.

Xameneyinin təmsilçisi olduğu mühafizəkarlar isə bu perspektivə yaxşı baxmır, bu zamana qədər əllərində tutduqları hakimiyyəti itərəcəklərindən çəkinirlər. Hətta bəzən Qərblə açıq konfliktə gedərək, islahatçılardan həm beynəlxalq, həm də yerli ictimai rəydə formalaşmış gözləntiləri heçə endirməyə çalışırlar. Dini liderin Qərbdən umduqlarını görə bilmədiklərini dilə gətirməsi də bununla bağlıdır.

Heydər

Strateq.az