XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

16 May 2020 - 16:13

Ukraynadan qayıdan 29 Azərbaycan vətəndaşında koronavirus aşkarlandı –XİN açıqladı

“Məlum olduğu kimi, mövcud qlobal COVID-19 pandemiyası çərçivəsində Azərbaycan Respublikasının xarici ölkələrdə olan və ölkəyə geri qayıtmaq istəyən vətəndaşlarının təxliyəsi davam etdirilir. Bu ilin 14 may tarixində AZAL-ın Kiyev-Bakı çarter reysi ilə 197 vətəndaşımız ölkəyə geri dönüb. Vurğulamaq istərdim ki, geri qayıdan vətəndaşlarımızın hamısı müvafiq müayinədən keçirilib, karantin rejiminə alınıb”.

Strateq.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib:

“Təəssüflə bildirmək istərdik ki, müayinə nəticəsində geri qayıdan vətəndaşlarımızdan 29-da COVID-19 testi müsbət nəticələnib. Hazırda bu vətəndaşlarla əlaqədar zəruri tibbi müdaxilə edilir və təbii ki, onların təmaslarının da karantin rejimində nəzarəti və müayinəsi həyata keçirilir.

Bu, Ümumdünya Səhiyyə Təşkilatının da ciddi tövsiyələrinə uyğun olaraq, özünütəcrid qaydalarına əməl etmənin və mümkün qədər səfərlərdən çəkinmənin vacib olduğunu bir daha göstərir. Öz tərəfimizdən dəfələrlə vətəndaşlarımıza olduqları ölkələrdə karantin qaydalarına ciddi əməl olunmasının və səfərlərdən çəkinmənin həm özlərinin və yaxınlarının sağlamlığının qorunması, həm də ölkəmizdə infeksiyanın geniş yayılmasının qarşısının alınması baxımından zəruri olduğunu qeyd etmişik.

Bir daha vətəndaşlarımıza səslənərək, öz sağlamlıqlarının, eləcə də Azərbaycan xalqının sağlamlığının təmin edilməsi naminə mövcud müvəqqəti çətinlik şəraitində anlayış nümayiş etdirmələrini, mümkün olduğu qədər olduqları yerlərdə qalmalarını və səfərlərdən çəkinmələrini xahiş edirik”.