XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

17 May 2020 - 22:30

ABŞ-ÇİN GƏRGİNLİYİ KİMİN LEHİNƏ BİTƏCƏK? –Türkiyə fürsətdən yararlanıb, qlobal istehsal mərkəzinə çevrilə bilər - TƏHLİL

Sevil Nuriyeva İsmayılov

“Star” qəzeti, Türkiyə, 16 may 2020-ci il

 

Uzun illər boyu Çinin böyüməsinə şərait yaradan ABŞ dolları və istehsal gücü bu gün qarşımıza indiki iqtisadi gücü çıxardı.

Bu iki iri iqtisadi nəhəng bir-birini qarşılıqlı şəkildə gücləndirdi. Bəs, yaxşı, Asiyaya nəzarətini Çinlə əlaqəli şəkildə planlaşdıran ABŞ ağlı harda səhv etdi? Ümumiyyətlə, səhv etdimi?

Okeanlarda hökm sahibi olmağın həmin dövlətə necə bir fövqəladə güc bəxş etdiyi heç kimə sirr deyil. Buna görə də ABŞ Çin, Yaponiya, Hindistan, Avstraliya Yaponiya siyasətini gün keçdikcə, fərqli ölçülərə saldı. Uzun illər boyu davam edən bu kozırlar hələ də davam edən ABŞ-la ortaqlığa xidmət edir.

Çinin ən üst səviyyə hərbi, siyasi və bürokrat elitalarının ABŞ universitetlərindən məzun olduqları da heç kimə sirr deyil!

Nəticədə, ABŞ Çində “öz uşaqları” hesab etdiklərinə həddindən artıq güvəndi. Lakin indi gəldiyimiz nöqtə onu anladır ki, ABŞ əsas hesaba qatmalı olduğunu hesaba almayıbmış. Daha dəqiqi, ABŞ qədim xalqlar və dövlətlər anlayışını və dərin kodlarına o dərəcədə önəm verməyib. Çünki indi qarşılaşdığı maneə qədim xalqların refleksi və ənənələrə sahib dövlətlərin müqavimətidir.

Çinlə yaşananlara bir də bu çərçivədən baxmağımızda fayda var.

Bəli, Çin ABŞ-ın “bir” dediyini heç vaxt “iki” etməyib. Hansı bir anlaşmada Çin ABŞ əleyhinə hər hansısa hərəkətə yol verib? Nə zaman parçalanma olub? Həqiqətən, bir parçalanma olubmu?

Bəli, “şeytanın detallarda gizləndiyi” təsbiti ilə razılaşıram. Çin çox sakit şəkildə Afrikaya, Orta Şərqə, Rusiyaya, Avropaya və Amerikaya yayılırdı. Ancaq “dərin dövlət” refleksi bir gün “Əjdaha”nın da özü kimi vəhşiləşəcəyini hesaba almışdı. Çinlə ABŞ arasındakı fərq budur. Çin qədimdir və dərin dövlət anlayışına sahibdir. Bunları yazarkən, nə Şərqi Türküstanı, nə də oradakı zülmü və despotizmi unutmuram. Vəziyyəti təhlil edərkən, duyğularımıza yox, reallıqlara dayanmalıyıq.

İndi qlobal pandemiya, sabah isə qlobal iqtisadi böhran qapını döyəcək. Çin və ABŞ, şübhəsiz ki, bu böhranlardan sağ-salamat çıxacaqlar. Çinin daxili bazar siyasəti öz məhsullarını satmaq üçün geniş zəmin yaratmağa çalışır. Ancaq məsələ sadəcə bu deyil. Qlobal oyun qaydaları yayılma və iqtisadi genişlənməni diktə edir. Çin isə, aydın məsələdir ki, əlinə düşən bu tarixi fürsətdən imtina etməyəcək.

Beləliklə, indiki vəziyyətdə Çin etibarlı tərəfdaş ola bilərmi? Bunu, əlbəttə, zaman göstərəcək, ancaq Çinin bütün reflekslərinə nəzər saldıqda,  onun “müharibə etmədən qazanmaq” fikrində olduğunu açıq görürük.

Bu yanaşma isə məntiq bəxş edir, inam yox. Bu da o deməkdir ki, ona qazanmağı vəd edən ən güclü düşməni ilə belə, masaya oturma anlayışına sahibdir.

Çin dəyərini itirən beynəlxalq şirkət səhmlərini almağa can atır. Çünki ölkəni tərk edən yüzlərlə beynəlxalq şirkət var.

İndi ABŞ bu səbəbdən Hindistan üzərində fərqli oyun oynamağa qərar verib. İndi Asiyada yeni alternativ Hindistandır. Narenda həm Modiyə təzyiq edir, həm də onunla anlaşmaq üçün məsələni asanlaşdırır.

Görünür, bu hesab hələ uzun müddət davam edəcək. Ancaq bu böhran Türkiyə üçün fərqli və xeyirli fürsətlər gətirə bilər. İndi məsələyə bu yöndən yanaşmanın zamanıdır.

Türkiyə qlobal şirkətlərin istehsal sahəsində üstünlük verdiyi bir mərkəzə çevirilir. Türkiyənin  böhranı idarəetmə qabiliyyəti təkcə öz vətəndaşlarına yox, həm də dünya iqtisadiyyatının qlobal aktyorlarına da güvən hissi bəxş edir.  Qlobal böhran dövründə problemə həll yolu tapanların artıq qlobal fəaliyyət dövrünə yaxınlaşmışıq.

Tərcümə Strateq.az-ındır