XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

10 Mart 2016 - 23:11

“İndi siz deyin, bunun nəyi devalvasiya deyil?” –Əli Kərimli

alikerimli.jpg

AXCP sədri Əli Kərimli manatın yenidən dəyər itirməsini növbəti devalvasiya təhlükəsinin xəbərçisi adlandırıb.

Strateq.az xəbər verir ki, bu barədə AXCP sədri "Feysbuk" səhifəsində çıxış edib.

O, manatın günü-gündən dəyər itirməsini 3-cü devalvasiyanın başlanmasıyla əlaqləndirib:

"Dostlar, 3-cü devalvasiyanın artıq başlandığının fərqindəsiniz?

Sadəcə, hakimiyyət bu dəfə daha məkrli davranır. Manatın inzibati yolla ucuzlaşdırılmasına devalvasiya yox, “üzmək” adı qoyub. Ona görə də 3-cü devalvasiya həyatımıza səs-küylə, guppultu ilə deyil, səssizcə, “üzə-üzə” daxil olur. Əslində isə, məhz devalvasiya baş verir. 2-ci devalvasiyadan sonra 1 dollar = 1.55 manat kursu müəyyənləşmişdi. İndi isə 1 dolları siz 1.69 manata ala bilərsiniz. Beləliklə, manat faktiki olaraq daha 9 faiz ucuzlaşıb. Həm də bu məzənnələri bazar yox, Mərkəzi Bank inzibati yolla müəyyənləşdirir. Üstəlik, manatın ucuzlaşması davam edir və edəcək.

İndi siz deyin, bunun nəyi devalvasiya deyil?".