Azərbaycanda indiyədək koronavirusdan sağalanların sayı 2015 nəfərə çatıb.
Strateq.az xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatında bildirilib.
Qeyd olunub ki, hazırkı dövrədək ölkəmizdə 3 274 nəfərin koronavirusa yoluxub: “Onlardan 2 015 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edib, 1 220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.