XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

10 Mart 2016 - 23:47

“Gözləntilərimiz çox böyükdür…” –Əfvlə bağlı yeni açıqlama

Novella cəfəroğlu

“Həmişə olduğu kimi, əfv fərmanından gözləntilərimiz böyükdür. Amma ümidlərimiz doğrulacaq, ya yox, istədiyimiz geçək olacaq, ya yox? Bu, artıq başqa məsələdir.”

Bu barədə birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.

O, Monitorinq Qrupunun məhbuslar siyahısında olan məhbusların adlarının əfv edilməsi üçün Əfv Komissiyasına təqdim olunduğunu da vurğulayıb.

“Bir də təkrar edirəm ki, gözləntilərimiz çox böyükdür, amma bu, gerçək olacaq ya yox, bizim iradəmizdən asılı deyil", – deyə, xanım Cəfəroğlu konkret mövqe ifadə etməyib.

Xatırladaq ki, Əfv Komissiyasının toplantıları başa çatıb. Komissiya üzvlərindən bəzilərinin açıqlamalarına görə, 400-ə qədər müraciətə baxılıb.

Turan