XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 09:11

Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan hərbçiləri arasında “dəniz döyüşü” keçiriləcək- Açıqlama

Herbi_deniz.jpg

Yayda ölkələr arasında “Xəzər dənizi -2015” müsabiqəsi keçiriləcək

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmiləri raket-artilleriyya qurğularının döyüş imkanlarını sınaqdan çıxarmaq məqsədilə Xəzər dənizində atəş çalışması həyata keçiriblər.

Bu barədə Rusiyanın VPK agentliyi Qazaxıstan Müdafiə Nazirliyinin saytına istinadən məlumat yayıb.

“Qazaxıstan”, “Oral”, “Sarıarka” gəmilərinin artilleriyya qurğuları yerüstü və hava hədəflərinin, üzən minaların məhv edilməsi tapşırığının yerinə yetirlməsi məqsədilə atəş açıblar.

Press-relizdə bildirilir ki, bu ilin yayında “Xəzər dənizi -2015” müsabiqəsində qazaxıstan hərbi dəznizçiləri təxminən buna bənzər tapşırıqlar yerinə yetirməli olacaqlar.

“Bu müsabiqədə bizim çox ciddi rəqiblərimiz olacaq. Bunlar Türkmənistan, Rusiya və Azərbaycanın ən yaxşı hərbi dənizçiləridir. Bunu nəzərə alaraq Qazaxıstan Hərbi Dəniz Qüvvələri gəmilərinin ekipajı, dəniz piyadaları hissələri dəniz biatlonunun bütün istiqamətləri üzrə fəal hazırlıq aparırlar”-deyə Qazaxıstan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Strateq.az