XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

11 Mart 2016 - 10:27

Mərkəzi Bankın adından saxta məktub yayıldı –Rəsmi açıqlama (FOTO)

merkezi_bank_0001

Sosial şəbəkələrdə guya Mərkəzi Bank tərəfindən 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub yayımlanıb.

Strateq.az Mərkəzi Banka istinadən bildirir ki, həmin məktub saxtadır:

"Bildiririk ki, həmin məktub ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır. Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur".

Qeyd edək ki, yayılan saxta məktubda dolların martın 18-dən etibarən 1.2833 manat olacağı iddia olunub.

Həmin saxta məktubla aşağıdakı foto ilə tanış ola bilərsiniz: