XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 May 2020 - 19:31

Bakı və Sumqayıtda işləyən və rayon qeydiyyatında olanların buraya girişinə məhdudiyyət yoxdur – Qərargah

“Bakı və Sumqayıtda işləyən və rayon qeydiyyatında olanların buraya girişinə məhdudiyyət yoxdur. Karantin rejiminin əvvəlindən belə mexanizm yaradılıb”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Toyların qadağan edilməsindən şadlıq evlərinin sahiblərinə kompensasiya ödənilib-ödənilməməsinə gəlincə, İ. Məmmədov qeyd edib ki, pandemiyadan zərər çəkən sektorlara yardım göstərilməsi barədə Prezidentin qərarı var: “Nazirlər Kabineti də müvafiq Tədbirlər Planı hazırlayıb”. (apa)