XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

11 Mart 2016 - 10:49

10-15 erməni əsgəri vuruldu, hərbi texnika sıradan çıxarıldı –Azərbaycan ordusundan uğurlu əməliyyat

herbi-telim-nato.jpg

Cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb. 

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi xəbər yayıb.

Bildirilib ki, düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində, təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib:

"Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq".

Strateq.az