“Xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbəri yalandır”.
Bu barədə Z.Xanlarovanın qardaşı qızı, əməkdar artist Mehriban Xanlarova məlumat verib.
O bildirib ki, Z. Xanlarova sağ-salamatdır və Bakıdakı evində ailəsi ilə birlikdədir: “Bu xəbəri yayanlara nə deyim, bilmirəm. Zeynəb Xanlarova haqqında bu cür sözlər yazıblar. O, sağ-salamat evindədir”.
***
“Zeynəb Xanlarovanın səhhəti qaydasındadır, heç bir problem yoxdur”.
Bu barədə APA-ya Xalq artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayev məlumat verib.
“Anam Bakıda evdədir. Allaha şükür, səhhəti də yaxşıdır. Bu xəbərlər yalandır”, – deyə o, bildirib.
Qeyd edək ki, bəzi saytlarda Z. Xanlarovanın dünyasını dəyişdiyinə dair məlumatlar yayılıb/APA.