XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2020 - 10:42

Onlar Kamran Əliyevin yeni köməkçiləri təyin olundu –Prokurorluqda növbəti dəyişiklik

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlə Baş prokuror yanında Korrupsyaya qarşı mübarizə Baş İdarəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Elnur Musayev tutduğu vəzifədən azad edilərək Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi vəzifəsinə təyin olunub.

Strateq.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumat yayıb.

Eldar Sultanovun məlumatına görə, Baş prokurorun digər əmri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Müabrizə Baş İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Emin Nəsibov da tutduğu vəzifədən azad edilərək Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin edilib.

Xatırladaq ki, yeni Baş prokuror daha öncə verdiyi əmrlə 6 köməkçisini vəzifədən azad etmişdi.