XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Mart 2016 - 11:06

Prezidentə təqdim olunan əfv siyahısında 140-a yaxın məhbusun adı var –Rəsmi

efv-komissiya

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının qəbul etdiyi tövsiyə xarakterli qərarlar dövlət başçısı İlham Əliyevə göndərilib.

Bu barədə Komissiyadan məlumat verilib.

"Bütövlükdə, Əfv Məsələləri Komissiyasının iclaslarında 400 müraciətə baxılıb. Tövsiyə xarakterli qərarlar siyahısı Azərbaycan Prezidentinə təqdim olunub. Dövlət başçısına təqdim edilən siyahıda 140 nəfərə yaxın məhbusun adı var", – Komissiyadan bildirilib(Report).

Qeyd edək ki, Novruz bayramı ərəfəsində prezident İlham Əliyevin növbəti əfv fərmanı imzalayacağı gözlənilir.