XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

19 May 2020 - 13:47

Sinqapur Prezidenti Azərbaycan Prezidentinə məktub göndərib –MƏTN

Sinqapur Respublikasının Prezidenti Xanım Həlimə Yaqub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Strateq.az xəbər verir ki, təbrikdə deyilir:

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sinqapur xalqı adından Sizə və xalqınıza səmimi təbriklərimi, ölkənizin və xalqınızın rifahı və əmin-amanlığı naminə ən xoş arzularımı çatdırıram. COVID-19 pandemiyasının bütün dünyada yayıldığı bir vaxtda birgə səy göstərilməsinə və daha geniş beynəlxalq əməkdaşlığa zərurət vardır. Sinqapur pandemiyanın təsirinin yumşaldılması, qlobal ticarət və məhsul təchizatı zəncirindəki əlaqələrə dəyən ziyanın azaldılması məqsədilə beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlığı davam etdirəcəkdir”.