XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

19 May 2020 - 15:05

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək –Bu tarixdə

Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır və bu səbəbdən parlamentin növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulub.

Məlumata görə, növbədənkənar sessiya çərçivəsində iyunun 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının keçirilməsi planlaşdırılır.

Komitə iclasında “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabat müzakirə olunacaq.

Sessiya çərçivəsində həmçinin plenar iclaslar da keçiriləcək.

İclasların vaxtı barədə isə əlavə məlumat veriləcək/Report.