XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

19 May 2020 - 21:59

“Bu il 809 məhkum cəzadan vaxtından əvvəl azad olunub” –Əliməmməd Nuriyev

“2020-ci ilin ötən 4 ayı ərzində Ədliyyə Nazirliyinin aidiyyəti məsul işçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət müvafiq Komissiyanın rəyi nəzərə alınmaqla məhkəmələr tərəfindən 1.020 nəfər məhkumdan 809-u cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub, 211 nəfər isə məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilib.Onlardan 643 nəfəri indiki pandemiya dövrünə təsadüf edir ki, 539-u azadlığa buraxılıb, 104-ü məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçiriilib”.

Bu barədə Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının, o cümlədən məhkumların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir, qanunvericilik təkmilləşdirilir, cəza-icra siyasəti humanistləşdirilir, bu sahədə islahatlar aparılmaqla geniş ictimai iştirakçılıq təmin olunur.

“Dövlət başçısı tərəfindən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları, xüsusilə COVİD-19 pandemiya şəraitində ötən ay yaşı 65-dən yuxarı olan 176 məhkumun əfv edilməsi dövlətimizin humanist siyasətinin əyani təzahürüdür”-deyə Ə. Nuriyev vurğulayıb.

İctimai Komitənin üzvü daha sonra qeyd edib ki, davamlı xarakter almış cəzadan vaxtından əvvəl şərti azad etmənin daha intensiv tətbiqi məhkumların cəmiyyətə yenidən inteqrasiyasında mühüm rol oynayır: “Bu institutun tətbiqində şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə yaradılmış Ədliyyə Nazirliyinin aidiyyəti məsul işçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət müvafiq Komissiyası cari ildə də işini mütəmadi davam etdirib.

Xüsusilə pandemiya ilə əlaqədar fəaliyyəti intensivləşərək həmin institutun daha geniş tətbiqi məqsədilə karantin rejimi dövründə videokonfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarında məhkumlarla söhbətlər aparılıb, işləri öyrənilib və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar məhkəməyə təqdim olunub”. (AzPolitika.info)