XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

20 May 2020 - 04:04

Deputat Naxçıvana təyyarə reyslərinin açılmasını təklif edir:"Pis vəziyyətdə qalan insanlar var"

Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Fazil Musatafa Naxçıvan Muxtar Respublikasına gediş-gəliş təmin olunması təklifi ilə çıxış edib. 

Deputat gediş-gəlişdə ciddi problemlər yarandığını bildirib. 

“Bu gün pis vəziyyətdə qalan insanlar var. Ona görə təklif edirəm ki, təcili şəkildə, 3-4 gün ərzində Naxçıvana gediş-gəliş təmin olunsun. Bir neçə gündən sonra təyyarə reyslərinin sayı azaldılsın. Naxçıvanla əlaqələrin tamamilə kəsilməsi gələcəkdə ciddi problemə çevrilə bilər”, – deyə Fazil Mustafa vurğulayıb.