XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

21 May 2020 - 11:02

“Hər şey qaydasındadır” –Kəmaləddin Heydərovdan düşdüyü qəza ilə bağlı açıqlama + VİDEO

Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov baş verən qəzadan danışıb.

Strateq.az xəbər verir ki, Unikal.org-a açıqlama verən nazir hər şeyin qaydasında olduğunu bildirib:

“Yayılan görüntülərdə hər şeyi gördünüz. Nə isə olsaydı, onu da görərdiniz. Baş verən qəzada xəsarət alan olmayıb. Bir şey olsaydı, deyərdim. Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Çox sağ olun”.

Xatırladaq ki, nazir dünən günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində xidməti maşını qəzaya düşüb.

Mühafizəçilər dərhal naziri başqa bir maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar.

Bu gün gecə saatlarında isə qəzanın videosu yayılıb. Videoada görünür ki, 90 AA 900 nömrə nişanlı “Mercedes” markalı avtomobil işıqforun qırmızə işığından keçərək “Maserati” markalı avtomobillə toqquşur. Zərbənin gücündən təhlükəsiz yastıqları açılır.