XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 May 2020 - 18:06

Kamran Əliyevdən daha bir təyinat:idarə rəisinə yeni vəzifə verildi

Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Natiq Hüseynov Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsindən azad edilərək, Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi təyin olunub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə,  yeni rəis Natiq Hüseynov 2007-ci ildən prokurorluq orqanlarında işləyir.

1998-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində məsul vəzifələrdə, 2008-ci ildən Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.