XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

21 May 2020 - 21:02

Polşadan Bakıya gətirilən daha 100 nəfər karantinə yerləşdirildi –FOTOLAR

Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” vətəndaşlarımızın vətənə qaytarılması üçün çarter reyslərini həyata keçirməyə davam edir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, 21 may tarixində Varşavadan Bakıya 100 nəfər Azərbaycan vətəndaşının çatdırıldığı çarter reysi yerinə yetirilib.

Müəyyən edilmiş qaydalara uyğun olaraq Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib.

Bundan əvvəl bu həftədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq “AZAL” aviaşirkəti Berlindən çarter reysi həyata keçirib.