XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

22 May 2020 - 21:15

Sosial həssas tələbələr üçün portalda qeydiyyatdan keçən şəxslərin sayı 18 mini keçib –Təhsil Nazirliyi

İndiyədək sosial həssas ailələrdən olan tələbələr üçün yaradılan http://e-telebe.edu.az portalından qeydiyyatdan keçən tələbələrin sayı açıqlanıb.

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov məlumat verib. Onun sözlərinə görə, indiyədək portaldan 18 mindən artıq tələbə qeydiyyatdan keçib və qeydiyyat davam edir.

Qeyd edək ki, ötən gün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi – http://e-telebe.edu.az istifadəyə verilib. Sözügedən qrupa daxil olan tələbələr elektron sistemdə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, təhsil, ailə üzvləri haqda və digər zəruri məlumatları əlavə etməlidirlər.

Məqsəd xüsusi karantin rejimində tələbələrin işinin asanlaşdırılması üçün onlara yeni imkan yaratmaqdır.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir.

Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.

Qərar yalnız ali təhsil müəssisələrində təhsil alanları deyil, orta ixtisas və peşə təhsili üzrə əyani təhsil alan tələbələri də əhatə edir. Təkrar ali və orta ixtisas təhsili alan tələbələrə isə şamil edilmir.